Almaniyadan ABŞ-ın tələbinə sərt reaksiyabackend

Almaniyadan ABŞ-ın tələbinə sərt reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trampın tələb etsə də, Rusiya G7-yə qəbul edilməyəcək.

Bu barədə Almaniyanın maliyyə naziri Yorq Kukis “Reuters” agentliyinə müsahibəsində bildirib. “G7-nin Rusiyanın təcavüzkar müharibəsini pisləməsi çox aydındır, xüsusən də Rusiyanın qəddar hücumunun üçüncü ildönümündə”, – deyə siyasətçi vurğulayıb və əlavə edib ki, Trampın təklifi lazımi yekdilliyi almayacaq.

Nəşr qeyd edib ki, Kukis G20 maliyyə nazirlərinin görüşü üçün Keyptauna gedəcək, lakin planla bağlı anlaşılmazlıq səbəbindən ABŞ nümayəndəsi Skott Bessent iştirak etməyəcək. Qeyd olunur ki, qlobal iqtisadiyyatın hazırkı vəziyyəti görüşün əsas mövzusu olacaq. “Biz həqiqətən iqtisadi artım yoluna qayıtmalıyıq”, – Almaniyalı nazir qeyd edib. Almaniyanın “ev tapşırıqları çoxdur” – o deyib.

//Samir Qurbanov, Editor.az