Almaniyada enerji bazarını tənzimləyən Federal Şəbəkə Agentliyinin rəhbəri Klaus Müller ölkədəki qaz anbarlarının qış mövsümünün sonuna qədər yüzdə 50-dən çox dolacağını gözlədiklərini bildirib.
Editor.az-ın xarici mətbuata istinadən xəbərinə görə, açıqlamada qaz qıtlığının olmadığı, qışın rahat keçəcəyi də vurğulanıb.
2022-ci ildə bahalaşan, lakin son zamanlar yenidən ucuzlaşan qaz qiymətlərini şərh edən Müller, qiymət dalğalanmalarının sona çatacağını qeyd edib: ” Qazın qiyməti indi 2021-ci ilin dekabrı ilə eynidir. Yaxın 1-2 il ərzində lazım olan qiymət səviyyəsinə çatacağıq”.
Onu da qeyd edək ki, Almaniya hökuməti qış aylarında enerji problemi yaşamamaq üçün istehlakçıları enerjiyə 20 faiz qənaət etməyə çağırıb.
//Safura Bənnayeva, Editor.az