Almaniyadan Rusiyaya ixrac 57,5% azalıbbackend

Almaniyadan Rusiyaya ixrac 57,5% azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Federal Statistika İdarəsi (Destatis) Almaniyanın Avropa İttifaqına (Aİ) daxil olmayan ölkələrə  ixrac edilən mallara  dair mart ayı üçün statistik  məlumatları açıqlayıb.

Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, statistikaya görə Almaniyanın birliyə daxil olmayan ölkələrə ixrac etdiyi malların dəyəri 52.8 milyarda qədər enib. Bu da 7.2 faiz geriləmə deməkdir. Bu geriləmədə ən çox pay isə Rusiyaya düşür. Rusiyanın Ukraynanı işğal etməsindən sonra Qərb-Moskva münasibətlərində gərginlik yaranıb. Gərginlik özünü Almaniya-Rusiya ticarət dövriyyəsində də göstərib. Belə ki, Almaniyadan Rusiyaya  ixrac edilən malların həcmi 57.7 faiz azalıb.

Rusiyaya tətbiq edilən sanksiyalar Almaniya şirkətlərinin bu ölkəyə investisiya yatırmasının qarşısını alır.

Qeyd edək ki, Almaniyadan ixracatın həcminin artığı ölkələrdə olub. Almaniyadan ABŞ-a ixrac edilən mallar  21 faiz artaraq 13,5 milyard avroya çatıb. Eyni zamanda, Almaniyanın Türkiyəyə ixracatı 8,3 faiz artaraq 2,2 milyard avroya çatıb.

  //Editor.az