Almaniyada Rusiyanın 4,1 milyard avro dəyərində aktivləri bloklanıb.
Editor.az xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Nojinan Niminde-Dundadenqar məlumat verib.
Məlumatda qeyd olunur ki, dekabrın əvvəllərində Almaniyada Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı təxminən 4,1 milyard avro dəyərində aktivləri dondurulub. Almaniya Maliyyə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsinin sözlərinə görə, bu, “dondurulmuş vəsait fiziki şəxslərin iqtisadi resursları, Rusiya Mərkəzi Bankının bloklanmış pullarıdır”.
//Samir Qurbanov, Editor.az

