Almaniyadan Ukraynaya 650 milyonluq hərbi yardım paketi: IRIS-T hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları, Leopard-1 tankları və s…backend

Almaniyadan Ukraynaya 650 milyonluq hərbi yardım paketi: IRIS-T hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları, Leopard-1 tankları və s…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Müdafiə Nazirliyinin sözçüsü Mitko Müller bildirib ki, ölkə Ukraynaya 650 milyon avro dəyərində hərbi yardım paketi çərçivəsində IRIS-T hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları və Leopard-1 tankları təhvil verməyi planlaşdırır .

Ukraynaya yeni hərbi yardım paketi ilə bağlı qərar bu gün, dekabrın 2-də prezident Vladimir Zelenski ilə danışıqlar aparmaq üçün Kiyevə gələn Almaniya kansleri Olaf Şolz tərəfindən açıqlanıb. “Uzunmüddətli siyahılara daxil etdiyimiz IRIS-T sistemləri və onlar üçün bu il tədarükü gözləyirik. Söhbət daha sonra döyüş maşınlarından, xüsusən də

“Leopard-1” tanklarından, kəşfiyyat aparatlarından və zərbə vuran pilotsuz təyyarələrin ilk partiyasından gedir”, – deyə Müdafiə Nazirliyinin nümayəndəsi brifinq zamanı bildirib.

//Samir Qurbanov, Editor.az