Almaniyadan Ukraynaya daha bir IRIS-T zenit-raket kompleksibackend

Almaniyadan Ukraynaya daha bir IRIS-T zenit-raket kompleksi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlin sonuna qədər Ukrayna Almaniyadan daha bir IRIS-T zenit-raket kompleksi və “Patriot” hava hücumundan müdafiə sistemi üçün əlavə buraxılış qurğuları alacaq.

Editor.az bildirir ki, bu barədə hazırda Almaniyada olan Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib. Ukrayna baş nazirinin sözlərinə görə, Ukraynaya əlavə hava hücumundan müdafiə sistemlərinin ötürülməsi niyyəti Berlində keçirilən VII Ukrayna-Almaniya İqtisadi Forumu zamanı kansler Olaf Şolf tərəfindən təsdiqlənib. Bu, Müdafiə Qüvvələri tərəfindən qəbul edilən altıncı IRIS-T sistemi olacaq.

Ümumiyyətlə, Şmıqalın hesablamalarına görə, Almaniya Ukraynaya 37 milyard avro dəyərində yardım edib ki, bu da bütün Avropa ölkələri arasında ən böyük göstəricidir. “Dövlətimizin təhlükəsizliyinin möhkəmləndirilməsinə verdiyiniz töhfəyə görə təşəkkür edirik, bu, bir çox insanın həyatını xilas etməyə kömək edəcək

//Samir Qurbanov, Editor.az