Almaniya kansleri Olaf Şolz yeni ölkələrin Aİ-yə daxil olma qaydalarını sadələşdirməyi təklif edir.
DPA-ya müsahibə verən kansler deyib ki, gələcəkdə hər şeyi yekdilliklə həll etmək mümkün olmayacaq.
“Aİ-nin bütün 27 üzvü buna səs verməlidir. Amma uzun müddətdir ki, bu qaydanın yumşaldılması ilə bağlı müzakirələr gedir”, – o bildirib.
Kansler bu məsələ ilə bağlı təkliflərini iyunun 23-24-də Aİ-nin Ukrayna, Gürcüstan və Moldovanın daxil olması üçün müraciətlərə baxılacaq növbəti sammitində təqdim etmək niyyətindədir.
publika.az

