Almaniyada yaşayan radikal sağçılar döyüşlərə qatılmaq üçün Ukraynaya gedib. Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü Maksimilian Kall məlumat verib.
O qeyd edib ki, müharibədə iştirak üçün gedən təxminən 10 nəfər radikal sağçı hazırda axtarılır. Sözçü bildirib ki, bu şəxslərin ölkəni tərk etmələrinin qarşısını almaq üçün pasportlarının əlindən alınacaq.
Kall eyni zamanda xatırladıb ki, Almaniyada yaşayan ukraynalılar öz ölkələrini müdafiə etmək üçün gedə bilərlər və bu qanunla qadağan deyil.
//Fərrux, Editor.az

