Almaniyanın bu il Ukraynaya hərbi yardımı 7 milyard avrodan çox olacaq.
Editor.az Almaniya hökumətinin saytına istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz ABŞ prezidenti Co Baydenlə telefon danışığı zamanı deyib. Söhbətin mövzularının Ukraynaya davamlı dəstək və Yaxın Şərqdəki vəziyyət olduğu qeyd edilir.
Şolz və Bayden Rusiyanın Ukraynaya qarşı davam edən hücumunu pisləyib və Ukraynaya maliyyə, hərbi və humanitar dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıblar. “Almaniya 2024-cü ildə Ukraynaya 7 milyard avrodan çox dəyərində hərbi mallarla dəstək verəcək”, – bəyanatda deyilir. Hazırda Ukraynaya ayrılan yardımın həcminə görə Almaniya ikinci, ABŞ isə birinci yerdədir.
//Samir Qurbanov, Editor.az

