Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ prezidenti Donald Trampı Rusiya lideri Vladimir Putinlə münasibətlərində “səhv” etməkdə ittiham edib.
“Tagesschau” xəbər verir ki, Pistorius “Deutschlandfunk” radiosunda deyib ki, Tramp Putinlə telefon danışığında öz təsirindən kifayət qədər istifadə etməyib. Xüsusilə, Almaniya müdafiə nazirinin fikrincə, Tramp danışıqlar üçün əsas kimi Ukraynanın NATO-ya daxil olması perspektivini istisna etməklə səhv edib.
Pistorius Tramp-Putin telefon danışığından gözləntilərinin o qədər də yüksək olmadığını, lakin nəticənin daha pis olduğunu bildirib: “Tramp başa düşməli idi ki, Putini tək şəxsi söhbətlərlə inandırmaq olmaz… Putin zamanla oynayır, sülh görünmür”, – o vurğulayıb.
//Samir Qurbanov, Editor.az

