Almaniyanın müdafiə naziri: Çin Rusiyaya silah tədarük etməyə başlayarsa,…backend

Almaniyanın müdafiə naziri: Çin Rusiyaya silah tədarük etməyə başlayarsa,…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çin Rusiyaya silah tədarük etməyə başlayarsa, Berlin Kiyevə dəstəyi artıracaq”.

Editor.az bildirir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius “Deutschlandfunk” radiosunun efirində deyib: “Bu, hər şeydən əvvəl o deməkdir ki, biz Ukraynanı dəstəkləməyə davam etməliyik, daha da çox. Çünki biz mümkün olan hər şeyi etməliyik və edirik”.

Alman nazir əlavə edib ki, hadisələrin bu cür inkişafı “depressiv” olacaq və bu zaman Pekinə qarşı sanksiyaların tətbiqini də istisna etmək mümkün deyil. Çünki bu halda sanksiyalar Ukrayna münaqişəsinə birbaşa təsir göstərəcək.

Qeyd edək ki, daha əvvəl Almaniya kansleri Olaf Şols Çin hökumətinin Rusiyaya silah tədarük etmək niyyətində olmadığını deyib.

Pekin dəfələrlə bəyan edib ki, Moskvaya silah ötürülməsi ilə bağlı ittihamlar həqiqətə uyğun deyil.

  //Samir Qurbanov, Editor.az