Almaniyanın müdafiə naziri ölkə rəhbərliyini müharibəyə hazırlaşmağa çağırdıbackend

Almaniyanın müdafiə naziri ölkə rəhbərliyini müharibəyə hazırlaşmağa çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, 2029-cu ilə qədər ölkə mümkün müharibəyə tam hazırlıq vəziyyətində olmalıdır.

O, həmçinin Almaniyada 2011-ci ildə ləğv edilmiş icbari hərbi xidmətin geri qaytarılmasına çağırıb: “2029-cu ilə qədər müharibəyə hazır olmalıyıq. Üç məsələ əsasdır: kadrlar, materiallar və maliyyə”.

Editor.az bildirir ki, Pistorius bu fikirləri Bundestaqdakı çıxışı zamanı deyib. Boris Pistorius həmçinin bildirib ki, Rusiya “çoxdan müharibə iqtisadiyyatına keçib”. O əlavə edib ki, Almaniya Ukraynanı dəstəkləməyə davam etməlidir. Moskvanın hərbi münaqişədə qələbəsi Berlinə Kiyevi maliyyələşdirməkdən daha baha başa gələcək. Eyni zamanda Almaniya Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, ölkə hərbi əməliyyatlarda iştirak edən tərəflərdən birinə çevrilmək istəmir və Almaniya hakimiyyəti Ukrayna ərazisinə hərbi personal göndərmək niyyətində deyil.

//Samir Qurbanov, Editor.az