Almaniyanın NATO-dakı daimi nümayəndəsi: Ukraynaya kömək etmək məcburiyyətində deyilikbackend

Almaniyanın NATO-dakı daimi nümayəndəsi: Ukraynaya kömək etmək məcburiyyətində deyilik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Alyans Ukraynaya müdafiə yardımı təklif etmək məcburiyyətində deyil”.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Almaniyanın NATO-dakı daimi nümayəndəsi Rüdiger Keniq deyib.

“Ukrayna NATO üzvü deyil. Ona görə də hər birimizin Ukraynaya özünümüdafiəsində kömək edəcəyimiz anlamına gələn heç bir kollektiv öhdəlik yoxdur. Biz NATO-nun istənilən halda bu məsələdə fəal rol oynamasını istəmirik”. Əks halda 30 ölkənin də iştirak edəcəyi böyük müharibənin başlaya biləcəyini qeyd edən Keniq Ukrayna münaqişəsinin üzv ölkələr arasında gündəlik müzakirə mövzusu olduğunu əlavə edib.

//Gülnarə Abasova, Editor.az