Almaniyanın sabiq kanslerinin qəbri təhqir olunubbackend

Almaniyanın sabiq kanslerinin qəbri təhqir olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın keçmiş kansleri Helmut Şmidtin Hamburqdakı qəbiristanlıqda qəbri təhqir olunub.

Editor.az xəbər verir ki, bu barədə Almaniya polisinin mətbuat xidməti məlumat verib. Hadisə siyasətçinin anadan olmasının 105 illiyi ərəfəsində baş verib.

“Hadisənin baş vermə şəraiti və hücum edənin şəxsiyyəti hələ müəyyən edilməyib. Onun şəriklərinin olub-olmadığı da məlum deyil”.- Polisdən bildiriblər.

Polis simvolların postamentdən təmizləndiyini, bundan əlavə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qanunsuz hərəkəti törədən şəxslərin müəyyən edilməsi məqsədilə faktla bağlı araşdırma aparıldığı barədə məlumat verib.

//Samir Qurbanov, Editor.az