Almaniyanın Ukraynaya verməyə silahı yoxdurbackend

Almaniyanın Ukraynaya verməyə silahı yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın müdafiə naziri Kristin Lambrext bildirib ki, “Bundersver” Ukraynaya anbarlardan silah tədarükünü tezliklə dayandıracaq: “Ehtiyatlar demək olar ki, tükənib”.

Editor.az xəbər verir ki, bu barədə “Welt” nəşri yazıb.

“Müdafiə naziri kimi etiraf etməliyəm ki, biz “Bundesver”də son həddə çatırıq” – Lambrext deyib.

Onun sözlərinə görə, Bundesver milli müdafiəni və NATO-nun müdafiəsini təmin etməlidir və Almaniya Federativ Respublikasının müdafiə naziri kimi o, bunu təmin edəcək.

Qeyd edək ki, bundan əvvəl Bundestaq deputatları Kristian Klink, Sara Nanni  və Alexander Müller “Spiegel”ə yazdıqları məqalədə Almaniyanın Ukraynanın qalib gəlməsini təmin etmək üçün “Bundesver”də müvəqqəti boşluqlara səbəb olsa belə, daha çox silah verməli olduğunu səsləndirmişdilər.

//Samir, Editor.az