Almaniyanın Ukraynaya yardım fondu ilə bağlı mövqeyi silah çatdırılmasında gecikmələrə səbəb ola bilərbackend

Almaniyanın Ukraynaya yardım fondu ilə bağlı mövqeyi silah çatdırılmasında gecikmələrə səbəb ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ ölkələri Ukraynaya yardım fondunun yenidən təşkili ilə bağlı konsensusa gələ bilmir.

Editor.az “Financial Times” a istinadla yazır ki, əsas maneə Almaniyanın mövqeyi olaraq qalır.

“Almaniyanın Aİ-nin hərbi dəstək fondunun işində təklif olunan dəyişikliklərə qarşı çıxması Ukraynaya silah tədarükünün gecikməsinə səbəb ola bilər”, – nəşr yazır.

Nəşr xatırladır ki, mövcud Avropa Sülh Fondu Aİ-nin Ukraynaya silah tədarükü xərclərini ödəmək üçün əlavə maliyyəyə ehtiyac duyur. Fondun həcmi 12 milyard avrodur və ittifaqın hər bir ölkəsinin töhfəsi onun iqtisadiyyatının böyüklüyünə görə hesablanır. Hazırda Ukraynaya silah tədarükünün dəyərinin Aİ ölkələrinə ödənilməsi hesabına fond 5,6 milyard avroya qədər azalıb. Lakin Almaniya və bəzi digər ölkələr belə kompensasiya prosesindən imtinanın tərəfdarıdırlar.

Almaniya rəsmiləri hesab edirlər ki, Almaniyanın müstəqil şəkildə Kiyevə verdiyi silahların dəyəri Almaniyanın fonddakı payından ödənilməlidir. Bu, digər kiçik AB ölkələrinin dəstəyi ilə qarşılanmır.

Baltikyanı ölkələrin mövqeyi də fikir ayrılığına səbəb olur. Bəzi Aİ ölkələri əldə etdikləri vəsaitdən öz arsenallarını modernləşdirmək üçün istifadə edərək Ukraynaya keçmiş SSRİ istehsalı olan silahların göndərilməsinə görə fonddan böyük təzminat aldıqlarını bildirirlər.

//Gülnarə Abasova, Editor.az