Almaniyanın vitse-kansleri Avropanı enerji məsələlərində özünü təminata çağırıbbackend

Almaniyanın vitse-kansleri Avropanı enerji məsələlərində özünü təminata çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi naziri, vitse-kansler və “Yaşıllar Partiyası”ndan kanslerliyə namizəd Robert Habek Avropanı enerji məsələlərində özünü təmin etməyə çağırıb.

Onun sözlərinə görə, bu, avropalıların “avtoritar rejimlərin” yaratdığı iqtisadi təhlükələrə qarşı dura bilməsi üçün lazımdır. “Avropalılar avtoritar rejimlərin şirnikləndirici gücü və onların yaratdığı iqtisadi təhdidlər qarşısında daha müstəqil olmalıdırlar”, – Robert Habek Berlində keçirilən “Gələcəyin yanacağı” bərpaolunan enerji mənbələrinə dair beynəlxalq konfransda çıxış edərkən deyib.

Vitse-kansler çıxışı zamanı həmçinin ABŞ prezidenti Donald Trampın ABŞ-ı Paris iqlim sazişindən çıxarmaq qərarını “fəlakətli” adlandırıb. Amerika lideri vəzifəsinin icrasına başladıqdan bir neçə saat sonra müvafiq fərmanı imzalayıb.

//Samir Qurbanov, Editor.az