Almaniyanın xarici işlər naziri Annalena Barbok Çinə səfərinin məqsədini Ukraynadakı münaqişənin həlli üzrə danışıqların başlanğıcı kimi qiymətləndirib.
Editor.az xəbər verir ki, Çinə səfəri ərəfəsində o, Berlin və Pekinin əməkdaşlığının Almaniya üçün qarşıdurmadan daha üstün olduğunu, lakin Almaniyanın Çinin Rusiya Federasiyasına dəstəyini görməməzlikdən gələ bilməyəcəyini bildirmişdi.
Qeyd edək ki, Dekabrın 2-də Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün Kiyevə gəlib. O, 2,5 ildə ilk dəfə Ukraynanın paytaxtına səfər edib.
//Gülnarə Abasova, Editor.az