Almaniyanın xarici işlər naziri Annalena Berbokun olduğu təyyarə Eritreya ərazisi üzərində uçuşa icazə almayıb.
Editor.az ZDF-ə stinadən xəbər verir ki, hadisə Eritreyadan icazənin olmaması səbəbindən baş verib. Yerli Xarici İşlər Nazirliyində elektrik enerjisinin kəsilməsinə görə, icazə alına bilməyib.
Berbokun təyyarəsi Səudiyyə Ərəbistanına enməli olub. Enişdən sonra Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri planlaşdırılmamış şeylərlə qarşılaşdıqda “çevik olmaq lazımdır” deyib.
Eyni zamanda, materialda qeyd olunur ki, bu, Berbokun səfər zamanı qarşılaşdığı yeganə problem deyil. Xarici işlər nazirinin əvvəlcə uçmalı olduğu təyyarə mühərrikində nasazlıq səbəbindən son anda dəyişdirilib.
//Samir Qurbanov, Editor.az

