Almaniya kansleri seçilən Fridrix Merz Avropaya ABŞ-dan “əsl müstəqillik” qazanmağa kömək edəcəyinə söz verib.
Lakin bu məqsədə çatmaq üçün Merz ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası seçkilərdə tarixi ikinci yeri tutduqdan sonra çətin və uzun sürən koalisiya danışıqları aparmalı olacaq.
“Reyters” Avropanın ən böyük iqtisadiyyatının ağır vəziyyətdə olduğu, cəmiyyətdə miqrasiya məsələsində fikir ayrılığının hökm sürdüyü, təhlükəsizliyinin ABŞ və Rusiyadan asılı olduğu bir vaxtda Merzin kansler olacağını vurğulayıb. “Biz hər iki tərəfdən o qədər böyük təzyiq altındayıq ki, mənim indi mütləq prioritetim Avropada birliyə nail olmaqdır. Avropada birlik yaratmaq mümkündür”, – o deyib.
//Samir Qurbanov, Editor.az