Almaniya Almaniya ordusunu adi silahlarla Avropanın ən güclü ordusuna çevirmək üçün bütün maliyyə imkanlarından istifadə etməyi hədəfləyir.
Editor.az xəbər verir ki, bu açıqlama ilə Almaniya kansleri Fridrix Merz çıxış edib.
O əlavə edib ki, Berlinin məqsədi Almaniya və Avropanı o qədər güclü etməkdir ki, silahdan istifadə etməyə ehtiyac qalmayacaq.
Merz həmçinin qeyd edib ki, Ukraynada atəşkəslə bağlı irəliləyiş olmasa, Avropa ölkələri Rusiyaya qarşı sanksiyaları genişləndirəcəklər.
Almaniyanın yeni kanslerinin sözlərinə görə, sanksiyalar digər sahələrə də şamil oluna bilər; Məsələn, enerji sektoru və maliyyə bazarı.
//Gülnarə Abasova, Editor.az