Almatıda KTMT-nin iclası start götürdü: Ermənistan iştirak etmirbackend

Almatıda KTMT-nin iclası start götürdü: Ermənistan iştirak etmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın Almatı şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclası başlayıb. Ermənistan iclasda iştirak etmir.

Bu barədə təşkilatın katibliyinin nümayəndəsi Yuri Şuvalov məlumat verib:

“Ermənistan tərəfi bizə məlumat verib ki, görüşdə qəbul edilən qərarlara etiraz bildirməyəcək”.

Qeyd edək ki, hazırda Almatıda KTMT müdafiə nazirlərinin görüşü baş tutur. Görüşdə Qazaxıstan, Rusiya, Belarus, Qırğızıstan və Tacikistan müdafiə nazirliklərinin rəhbərləri iştirak edirlər.