Almatıda “qaz” etirazçıları polisi qovdu və meriyanı ələ keçirdi…-VİDEObackend

Almatıda “qaz” etirazçıları polisi qovdu və meriyanı ələ keçirdi…-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qazaxıstanın üç şəhərində etirazçılar yerli administrasiyalara (akimliklərə) hücum etməyə cəhd ediblər.
Moderator.az xəbər verir ki, bu barədə “TASS” respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
Analoji cəhdlərin Almatı, Çimkənd və Tarazda edildiyi bildirilir. Aksiyaçılar tərəfindən pəncərələr, qapılar sındırılaraq  maddi ziyanlar vurulub. Bəzən etirazçılar daş, çubuq,  bibərli qaz qutuları və “molotov” kokteyllərindən istifadə ediblər.
Bu arada  etirazçılar tərəfindən Almatı şəhər meriyasını ələ keçirmək cəhdi videoya çəkilib. Bu barədə “Readovka” telegram-kanalı məlumat yayıb. Aksiyaçılar polisləri qovaraq  qısa müddətə binanı ələ keçirib konfrans otağına girə bilsələr də, tezliklə təhlükəsizlik qüvvələri onları sıxışdırıb çıxarıblar.
Xatırladaq ki, yanvarın 2-dən Qazaxıstanda yanacağın bahalaşmasına etirazlar başlayıb, yanvarın 4-də Almatıdakı Respublika meydanında etirazçılar təhlükəsizlik qüvvələri ilə toqquşub. Hüquq-mühafizəçilər etirazları dağıtmaq üçün gözyaşardıcı qaz və səs qumbaralarından istifadə ediblər. Alma-Ata və Mangistau vilayətində fövqəladə vəziyyət yanvarın 19-dək tətbiq edilib, fövqəladə vəziyyət dövründə saat 23.00-dan saat 07:00-dək komendant saatı elan edilib.
Etirazlardan sonra Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev respublika hökumətini istefaya göndərib. O, həmçinin sosial əhəmiyyətli məhsulların qiymətlərinin dövlət tənzimlənməsini tətbiq etməyi və əhali üçün kommunal xidmətlərin ödənişinin 180 gün müddətinə artırılmasına moratoriumun tətbiqi zərurətini nəzərdən keçirməyi tapşırıb.
Bundan əlavə, Tokayev 180 təqvim günü müddətində mayeləşdirilmiş qaz, benzin və dizelin qiymətlərinin müvəqqəti dövlət tənzimlənməsinin tətbiqini təklif edib. O, maye qazın satışında qiymət sövdələşməsinin araşdırılmasını Baş Prokurorluğa həvalə edib. O, həmçinin bildirib ki, maye qazın bahalaşması ilə bağlı etiraz situasiyasına yol verilməsində xüsusilə hökumət günahkardır.
Qeyd:
Hadisələr barədə görüntülər iki videoda təqdim edilir.