Almatıda yenidən atışma başladıbackend

Almatıda yenidən atışma başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın Almatı şəhəri meriyasının qarşısındakı Respublika meydanında hərbçilərlə silahlı şəxslər arasında atışma başlayıb.

Editor.az xəbər verir ki, məlumatı TASS yayıb.

“Meydana hərbçilər gəldi, iğtişaşçıların “təmizlənilməsi” əməliyyatı başladı. İntensiv atışma gedir”, – TASS-ın əməkdaşı bildirib.

Bundan başqa, “Sputnik.kz” teleqram kanalında şəhərdə atışmanın getdiyi barədə xəbər verib.

“Meydanda atışma gedir”, – agentlik bildirib.

Qeyd edilir ki, meydana 50-yə yaxın hərbi texnika, o cümlədən BTR, hərbçilərlə dolu yük avtomobilləri cəlb olunub və meydan mühasirəyə alınıb:

“Meydanın mərkəzində iğtişaşların 200-ə yaxın təhrikçisi toplaşıb, bəzilərində odlu silah var”.

Müxbirin sözlərinə görə, 10-a yaxın atəş açılıb:

“Lakin atəş açan təhlükəsizlik qüvvələri deyil”.