Alrosa 2024-cü ildə ciddi investisiya qərarları verməyi planlaşdırırbackend

Alrosa 2024-cü ildə ciddi investisiya qərarları verməyi planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən böyük almaz istehsalçısı olan Alrosa, 2024-cü ildə yeraltı almaz hasilatına keçid üçün ciddi investisiya qərarları verməyi planlaşdırır.

Editor.az xəbər verir ki, bu barədə Yakutiya hökuməti respublika rəhbəri Aisen Nikolaev və Alrosa-nın baş direktoru Pavel Mariniçev arasında keçirilən görüşdən sonra məlumat verib. “2024-cü il şirkət üçün ciddi investisiya qərarlarının veriləcəyi il olacaq. Biz yeraltı almaz hasilatına keçidlə üzləşirik və qərarlar indi qəbul edilməlidir”-deyə bildirib. Onun sözlərinə görə, “Alrosa” yeni istehsal güclərinin işə salınması üçün mineral-xammal bazası yaratmaq məqsədilə kiçik yataqları da istehsalata cəlb etməyi planlaşdırır. Bildirilib ki, şirkət 2024-cü ildə qlobal almaz bazarında böhrana hazırlaşıb və maliyyə təhlükəsizliyi şəbəkəsi yaradıb.

İclasda Alrosa-nın yanvar-fevral ayları üzrə əməliyyat nəticələri və rüb və il üçün gözləntiləri də müzakirə edilib. Baş menecer bütün əsas göstəricilərin tam yerinə yetirildiyini bildirib.

//Gülnarə Abasova, Editor.az