Alt paltarında narkotik maddə daşıyan məşhur aktyor saxlanıldıbackend

Alt paltarında narkotik maddə daşıyan məşhur aktyor saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Triqqer” və “Kamenskaya” seriallarında oynadığı rollardan sonra populyarlıq qazanan məşhur rusiyalı aktyor Anatoli Rudenko saxlanılıb. Polis onun üzərində narkotik tapıb.

Editor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, Moskvanın mərkəzində mefedron torbası ilə saxlanılıb. Qeyd olunur ki, saxlanılan sənətçi çantanı küçədə təsadüfən tapdığını və itlər üçün zəhər olduğunu düşündüyünü bəhanə edib. Polis maşını idarə edərkən sənədlərini yoxlamaq üçün diqqətini ona yönəldib.

Bütün bu müddət ərzində Rudenko özünü şübhəli aparıb və çox əsəbi olub. Bu zaman polis aktyorun alt paltarında gizlətdiyi narkotik maddəni tapıb. Zərfdə olan narkotik maddə aktyorun bədəninin qaşıq nayihəsində aşkar edilib. Ekspertiza onun 0,57 qram toz halında olan dərman olduğunu göstərib. Hazırda yoxlama aparılır.

//Samir Qurbanov, Editor.az