Altı Cənub-Şərqi Asiya ölkəsi birgə turist vizasını müzakirə edirbackend

Altı Cənub-Şərqi Asiya ölkəsi birgə turist vizasını müzakirə edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Altı Cənub-Şərqi Asiya ölkəsi vahid Şengen tipli turist vizası tətbiq etməyi düşünür.

Bu barədə Laosun “Vientiane Times” qəzeti məlumat yayıb. Nəşrdə bildirilir ki, Laos, Tailand, Kamboca, eləcə də Malayziya, Myanma və Vyetnam kimi ölkələr də bu təşəbbüsü müzakirə edirlər. Qəzet yazır: “Liderlər artan səyahət dövriyyəsinin iqtisadi və diplomatik faydalarını dərk edərək təklifə müsbət cavab verdilər”.

Vientiane Times bildirir ki, yeni viza sxemi bu ölkələrə turizm axınını əhəmiyyətli dərəcədə artıra, bu ölkələr arasında iqtisadi faydaların daha bərabər şəkildə bölüşdürülməsini təmin edə və ziyarətçilərin ümumi səyahət təcrübəsini yaxşılaşdıra bilər.

Əvvəllər Rusiya Səyahət Agentlikləri Alyansı bildirmişdi ki, bir turizm agentliyi vasitəsilə konsulluqla əlaqə saxlasanız, Şengen vizası almaq şansı əhəmiyyətli dərəcədə artırıla bilər. Bu yanaşma ilə sənədləri qəbul etməkdən imtina faizi müstəqil müraciətlə müqayisədə iki dəfə azdır.

//Gülnarə Abasova, Editor.az