Rusiyanın Kuban vilayətində fərdi yaşayış evi yanıb.
Editor.az Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadən bildirir ki, yanğın nəticəsində altı nəfərdən ibarət bir ailə – dörd uşaq və iki böyük həlak olub.
Yanğın evin 72 kvadratmetr sahəsini əhatə edib. Hazırda hadisə yerində yanğının səbəblərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır. İlkin məlumata görə, yanğınsöndürənlər gələn zaman artıq ev tamamilə yanmış olub.
//Samir Qurbanov, Editor.az

