Altı ölkə arasında şok anlaşma: Qərar verildi – Türkiyə qarşı yeni həmləbackend

Altı ölkə arasında şok anlaşma: Qərar verildi – Türkiyə qarşı yeni həmlə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Altı ölkənin – Misir, İsrail, Yunanıstan, Cənubi Kipr, İtaliya və İordaniya arasında Aralıq dənizinin şərqindən qaz ixracına dair imzalanmış müqavilə rəsmi status qazanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə türk mediasında məlumat yayıb.

Misirin rəsmi xəbər agentliyi MENA Qahirənin sözügedən anlaşmanı təsdiq edəcəyini açıqlayıb. İsrailin energetika naziri Yuval Şteynitz isə Fələstin hökumətinin də bu foruma daxil olduğunu söyləyib.

Fransa foruma qatılmaq üçün müraciət etdiyi halda, ABŞ və Avropa Birliyi isə müşahidəçi statusu tələb edib.

Əlavə edək ki, “Altılıq” qrupu Türkiyənin Aralıq dənizinin şərqində qaz axtarışları müzakirələrində Ankaranın regional rəqiblərini bir araya gətirir.