Altı uşağı zəhərlənən ata HƏR ŞEYİ danışdı: Canlı yayım ona görə açdım ki…backend

Altı uşağı zəhərlənən ata HƏR ŞEYİ danışdı: Canlı yayım ona görə açdım ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda 6 uşağı dəm qazından zəhərlənən Kamil Cəbrayılov onların vəziyyətini açıqlayıb.

K.Cəbrayılov Musavat.com-a bildirib ki, uşaqlardan 4-ü Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında müalicə alır:

“Bir qızım isə Bakıda Uşaq Klinik Xəstəxanasındadır. Digər 3 övladım isə xalasıgildədir, o baxır. Anası Sumqayıtda müalicə alan uşaqlarladır, mən isə Bakıda xəstəxanada yatan uşağıma gedib baş çəkirəm”.

Onun sözlərinə görə, canlı yayım açmaqda məqsədi pul toplamaq olmayıb:

“Deyirdim ki, təkəm, heç kimim yoxdur, gəlib dəstək olsunlar. Burada söhbət puldan deyil, yanımda kiminsə olmasından gedir. İlk dəfə idi ki, belə halla qarşılaşırdım, nə edəcəyimi bilmirdim. Ona görə də yanımda kiminsə olmasına ehtiyacım var idi. Yoldaşımla tək qalmışdıq. Pulla uşağımı geri qaytara bilmərəm. Övladımı dəfn edəndə 45 manat pul lazım oldu, onu başqalarından alıb ödədim. Pul çox şeyi həll etmir. Bakıda olan uşağımın bəzi dərmanlarını və pampersini alıram. Xalasıgildə qalan uşaqlarıma görə də pul yollayıram ki, onlar korluq çəkməsinlər. Hazırda işə gedib-gələ bilmirəm, xəstəxanalarda qalmışam”.

Onun dediyinə görə, prokurorluq və “Azəriqaz” əməkdaşları hadisə yerində olublar:

“Onlar da hər şeyin şahidi oldu. Uşaqlar çöldə qumla oynayıblar. Bundan sonra palçığı, qumu təmizləmək üçün hamama giriblər. Böyük uşaqlarım balacaları çimizdirirmişlər. Bu zaman külə “pitiminutka”nı söndürüb. Yoldaşım isə bu zaman çöldə paltar yuyurmuş. Qəfil hiss edib ki, sakitlikdir, uşaqların səsi gəlmir…”

Xatırladaq ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan aprelin 3-də onlardan biri – 1 yaş yarımlıq körpə ölüb. Ailənin 9 uşağı olub.