“Altılıq platformanın yaranması üçün…”– Ərdoğan nəyə işarə etdi?backend

 Ərdoğan nəyə işarə etdi?- “”Altılıq” platformanın yaranması üçün…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Milli Məclisdəki çıxışında ən çox yadda qala hissə 3+3 platformasıyla (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya və İran) bağlı idi. Bu ideya Rəcəb Tayyib Ərdoğana məxsusdur, müharibədən sonra bir neçə dəfə səsləndirib və Azərbaycan Prezidenti İlham Əliyevin də dəstəyini alıb”.

Bu sözləri Editor.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, Türkiyə Prezidenti Şuşada olduğu kimi Milli Məclisdəki çıxışında yenə Ermənistana çağırış edərək bu platformadan Ermənistanın da qazanclı çıxa biləcəyini dedi:

“Ərdoğan Ermənistanın Zəngəzur dəhlizindən istifadə edərək Rusiyaya çıxış imkanı qazanacağını xatırlatdı. Ərdoğan bundan başqa Türkiyənin Ermənistanla sərhədi aça biləcəyinə işarə etdi. Ərdoğan onu da xatırlatdı ki, sərhədin açılması birinci növbədə Ermənistanın xeyrinədir”.

Elxan Şahinoğlunun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan 3+3 formatında zəif bəndin heç də Ermənistan olmadığını, Gürcüstan olduğunu bildirdi və bu yanaşmasında haqlıdır:

“Rusiya Gürcüstanla 2008-ci il müharibəsindən sonra Abxaziya və Cənubi Osetiyanı faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan bugünlərdə Ankarada olan Gürcüstanın baş naziri İrakli Qaribaşviliyə təklif edib ki, onun ölkəsi də “altılıq platforması”na qoşulsun. Qaribaşvili düşünəcəyini desə də, Ərdoğan israrla təklifini xatırladıb. Əslində Ərdoğan bununla Gürcüstanla Rusiya arasında vasitəçilik təklif edib. Gürcüstan üçün qərar vermək çətindir. Çünki Rusiya Abxaziya və Cənubi Osetiyadan vaz keçən deyil”.

Politoloq qeyd edib ki, “altılıq formatı”nın işə düşməsi üçün “Birincisi Ermənistan Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımalı və Zəngəzur dəhlizinin açılmasına razılaşmalı”;

“İkincisi, Gürcüstan Rusiya ilə nəqliyyat layihəsi üzərindən əməkdaşlığı qəbul etməlidir”.

//Gülnarə Abasova, Editor.az