“Alyans Tekstil” Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat köçürübbackend

“Alyans Tekstil” Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat köçürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Alyans Tekstil” MMC Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən qızğın döyüşlərlərdə Ordumuza uğurlu əməliyyatına dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb.

Fond ölkə Prezidentinin 17 avqust 2002-ci il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi ölkənin etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

“Alyans Tekstil” adından da göründüyü kimi tekstil sənayesində 2007-ci ildən bəri fəaliyyət göstərir. Müəssisə Sumqayıt şəhərində yerləşir və burada 230 nəfər işçi çalışır. “Alyans Tekstil” işçi geyimlərinin istehsalı və fərdi mühafizə vasitələrinin satışı ilə məşğuldur.