ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin Alyaskada keçirilən yüksək səviyyəli görüşdə bir araya gəlib. Alyaska zirvəsi təxminən üç saat davam edib və regional təhlükəsizlik, xüsusilə Ukrayna məsələsi müzakirənin əsas mövzusu olub.
Editor.az xəbər verir ki, görüşdan sonra media qarşısına çıxan Rusiya Prezidenti Vladimir Putin, Alyaska görüşündən sonra ilk açıqlamasında bildirib ki, məqsəd Ukraynada sülhün təmin olunması istiqamətində konkret nəticələr əldə etməkdir:
“Ukrayna məsələsində sülhə nail olmaq üçün nəticə əldə etmək ümidi ilə Alyaskadayam. Trampa təşəkkürümü bildirirəm – görüş faydalı keçdi. Ukrayna ilə bağlı anlaşma əldə etmək niyyətindəyik” – deyə Putin vurğulayıb.
Bu zirvə görüşü hər iki lider arasında əməkdaşlıq imkanlarını dərinləşdirmək və regional gərginliyi azaltmaq məqsədini daşıyır. ABŞ tərəfi də Alyaska görüşündən sonra konstruktiv dialoqun əhəmiyyətini önə çəkib.
//Editor.az

