Alyaskada 5,3 bal gücündə zəlzələ olubbackend

Alyaskada 5,3 bal gücündə zəlzələ olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Alyaska ştatında 5,3 bal gücündə zəlzələ baş verib.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Geoloji xidməti bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Ankoricdən 3,6 kilometr məsafədə olub. Zəlzələnin ocağı 42,1 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.