“Amazon paktı” ölkələri yeni “NATO” yarada bilərlərbackend

“Amazon paktı” ölkələri yeni “NATO” yarada bilərlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiya prezidenti Qustavo Petro hesab edir ki, Amazon paktına daxil olan ölkələr funksiyalarına görə NATO-ya oxşar hərbi-siyasi ittifaq yaratmalıdırlar.

Editor.az bildirir ki, bu barədə Kolumbiya Prezidenti Amazon Paktı iştirakçısı olan ölkələrin sammitində deyib. “Mən hərbi müqavilə təklif edirəm. Biz Amazon NATO-su yaratmalıyıq. Amazon və ölkələrimizə qarşı yönəlmiş hərəkətlərə qarşı çıxmaq üçün hərbi əməkdaşlıq haqqında saziş imzalayın”, – Kolumbiya Prezidenti deyib.

Onun sözlərinə görə, belə bir qurum müdafiə nazirlərinin rəhbərliyi altında silahlı qüvvələrin birgə hərəkətlərini əlaqələndirə bilər. Amazon paktı ölkələri regionun təbiətinə və yerli əhalinin hüquqlarına zərər vuran ekoloji cinayətlərlə bağlı məhkəmə də yarada bilər. Xatırladaq ki, Amazon Paktı və ya Amazon Əməkdaşlıq Müqaviləsi Təşkilatı Amazonun təbii irsinin qorunmasını təmin etmək məqsədi daşıyan bir təşkilatdır.

Təşkilata Boliviya, Venesuela, Ekvador, Braziliya, Kolumbiya, Qayana, Peru və Surinam daxildir.

 //Samir Qurbanov, Editor.az