“AMEA-da heç kim ixtisar olunmayacaq” – Vitse-prezident islahatlar barədəbackend

“AMEA-da heç kim ixtisar olunmayacaq” – Vitse-prezident islahatlar barədə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AMEA-nın müəyyən institutlarında aparılan struktur islahatları işçilərin işdən çıxarılmasını nəzərdə tutmur.

Editor.az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, Tarix İnstitutunda ixtisar edilməsi təklif edilən şöbələrin işçiləri öz ixtisaslarına, tədqiqat sahələrinə uyğun, təklif olunan yeni modeldə nəzərdə tutulan şöbələrdə elmi fəaliyyətlərini davam etdirəcəklər:

“Heç kim ixtisar olunmayacaq. Əgər artıq strukturlar varsa, yalnız onlar ixtisar olunan bilər. Elmi işçilərin ixtisarından qətiyyən söhbət belə getmir”.

İ.Həbibbəyli qeyd edib ki, AMEA-nın digər institutlarında da Tarix İnstitutunda aparılan islahatlara bənzər dəyişikliklər edilir.

Onun sözlərinə görə, Fizika İnstitutunda, Radiasiya Problemləri İnstitutunda, İdarəetmə Sistemləri İnstitutunda müvafiq daxili struktur islahatları aparılır:

“Bu, heç də işçilərin ixtisar olunmasını nəzərd