Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) Rusiya və Çin bombardmançılarını “tutuqları”nı bildiriblər.
Editor.az bildirir ki, bu barədə NORAD iyulun 24-də müvafiq bəyanat yayıb. Qeyd olunur ki, komandanlıq iyulun 24-də Alyaskanın Hava Hücumundan Müdafiə İdentifikasiyası Zonasında (ADIZ) fəaliyyət göstərən Rusiyanın iki TU-95 hərbi təyyarəsini və iki Çin H-6 hərbi təyyarəsini aşkar edib, izləyib və ələ keçirib.
NORAD bildirib ki, bombardmançı təyyarələr ABŞ və ya Kanadanın suveren hava məkanına daxil olmayıb və beynəlxalq hava məkanında uçublar. Komandanlıq əlavə edib ki, o, Şimali Amerika yaxınlığındakı rəqiblərin fəaliyyətlərini izləməyə davam edəcək və bir şey olarsa, onlar “müvafiq şəkildə qarşılanacaqlar”.
NORAD qeyd edib ki, Hava Hücumundan Müdafiə İdentifikasiya Zonası “suveren hava məkanının bitdiyi yerdən başlayır və beynəlxalq hava məkanının müəyyən bir hissəsidir və milli təhlükəsizlik baxımından bütün təyyarələrin dərhal identifikasıyasını tələb edir”.
//Samir Qurbanov, Editor.az

