Amerika-Çin danışıqları dalana dirənib – ABŞ Maliyyə Naziri Skott Bessentbackend

Amerika-Çin danışıqları dalana dirənib – ABŞ Maliyyə Naziri Skott Bessent

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Maliyyə Naziri Skott Bessent, ABŞ-Çin ticarət tarifləri danışıqlarının çıxılmaz vəziyyətə düşdüyünü və bunun həlli üçün Prezident Donald Tramp və Çin Dövlət Başçısı Xi Jinping arasında telefon danışığı tələb oluna biləcəyini söyləyib:

“Düşünürəm ki, qarşıdakı bir neçə həftə ərzində onlarla daha çox danışıqlar aparacağıq və düşünürəm ki, nə vaxtsa prezident (ABŞ Donald Tramp ) və Çin sədri Si (Cinpinq) arasında telefon danışığı ola bilər”, – Skott Bessent bildirib.
Qeyd edək Kİ, mayın 11-də Cenevrədə ABŞ və Çin arasında iki günlük ticarət danışıqları başa çatıb. Onların nəticələrindən sonra tərəflər “əhəmiyyətli irəliləyiş” və ticarət kəsirinin azaldılmasına dair razılıq əldə etdiklərini elan ediblər.

Aprelin əvvəlində ABŞ bütün Çin mallarına rüsumları 145%-ə qədər artırıb. Buna cavab olaraq Çin Amerika mallarına 125 faiz rüsum tətbiq etdi. “Bloomberg” yazıb ki, Cenevrədəki danışıqlarda ABŞ Çinlə rüsumların 60% və daha aşağı endirilməsini müzakirə edəcək.

//Samir Qurbanov, Editor.az