Amerika Sakit okeanda Çinlə mümkün müharibədə qalib gəlmək imkanına malik deyil.
Editor.az xəbər verir ki, bunu ABŞ Dəniz Piyadaları Korpusunun komendantı David Berger “Newsweek”ə müsahibəsində deyib.
Hərbçi hesab edir ki, hipotetik münaqişədə ABŞ-ın malik olmadığı desant imkanları əsas məqama çevrilə bilər. Berger və digər yüksək səviyyəli dəniz piyadaları bildirirlər ki, bu aspekt kritikdir, lakin onların hazırlığı son illərdə ən aşağı səviyyəyə düşüb.
Bergerin fikrincə, ABŞ ordusunu təhlükəli vəziyyətə sala biləcək “qüvvələrin üç mərhələli rotasiyası” ilə bağlı da problemləri var: “Hər ansı bir hazırlıq çatışmazlığı bu rotasiyaya təsir edir ki, bu da heç bir gəminin kursu davam etdirməməsi və yerləşdirilməyə uyğunlaşmaması demək ola bilər”, – Berger deyib. Onun sözlərinə görə, güclənmək üçün qüvvələrin köçürülməsi zərurəti yaranarsa, Hərbi Dəniz Qüvvələrində birləşmələrin fəaliyyətini təmin etmək üçün nə gəmilər, nə də dənizçilər olacaq.
//Samir Qurbanov,Editor.az