Amerika hakimiyyəti Gürcüstana qarşı sanksiyalar hazırlayır – dövlət katibi Entoni Blinkenbackend

Amerika hakimiyyəti Gürcüstana qarşı sanksiyalar hazırlayır – dövlət katibi Entoni Blinken

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Amerika hakimiyyəti Gürcüstana qarşı əlavə tədbirlər də daxil olmaqla sanksiyalar hazırlayır.

Onun sözlərinə görə, bu addım Vaşinqtonun respublikada baş verən etirazlara reaksiyasıdır. “Birləşmiş Ştatlar Gürcüstan xalqı və onun demokratik istəkləri ilə həmrəydir. Demokratik proseslərə və ya institutlara xələl gətirənlər, o cümlədən Gürcüstan vətəndaşlarının dinc toplaşmaq və ifadə azadlığı hüququnu boğanlar məsuliyyətə cəlb olunacaqlar. İkitərəfli əməkdaşlığın daha əvvəl elan edilmiş hərtərəfli nəzərdən keçirilməsi ilə yanaşı, Birləşmiş Ştatlar indi bizim üçün mövcud olan vasitələrdən, o cümlədən əlavə sanksiyalardan istifadə etməyə hazırlaşır”, – Blinkenin bəyanatında deyilir.

Dekabrın 1-də Litva Xarici İşlər Nazirliyinin rəhbəri Qabrielius Landsbergis bildirib ki, Avropaya inteqrasiyanın dayandırılması və etiraz aksiyaları fonunda Litva, Latviya və Estoniya Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.

Qeyd edək ki, ötən həftə Gürcüstanda hakimiyyətin Avropaya inteqrasiya prosesini 2028-ci ilə qədər dayandırmaq qərarı ilə bağlı yeni etiraz dalğası başlayıb.

//Samir Qurbanov, Editor.az