ABŞ hərbçiləri Suriya ordusu ilə müttəfiq qüvvələrə dörd dəfə artilleriya atəşi açıb.
Bu, Deyr-əz-Zor əyalətinin şimalındakı Xuveycə Saqr və Məriyyə bölgələrində baş verib. Ölənlər barədə məlumat yoxdur. KİV-in məlumatına görə, ABŞ ordusu helikopterlərdən Amerika hərbi bazasının ətrafını intensiv şəkildə patrul edir. Baza Koniko qaz yatağında yerləşir və müntəzəm suriyalı silahlılar tərəfindən hücuma məruz qalır. Fevral ayında bir neçə belə hücum qeydə alınıb.
“Politico”nun məlumatına görə, ABŞ və İsrail Yəmən və Suriyada iranpərəst qüvvələrə və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölmələrinə hücum imkanlarını müzakirə edirlər. Onlar bu tədbirləri oktyabrın 1-də İranın İsrailə qarşı həyata keçirdiyi raket hücumuna cavab olaraq görə bilərlər.
//Samir Qurbanov, Editor.az

