Amerika hərbi texnikası və ABŞ personalının Ermənistanda qalma müddəti başa çatıb.
Editor.az bildirir ki, bu barədə ABŞ-ın İrəvandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, iyulun 15-dən 24-dək keçirilən “Eagle Partner 2024” hərbi təlimləri çərçivəsində Birləşmiş Ştatların texnika və şəxsi heyət Ermənistanda olub: “Biz təsdiq edə bilərik ki, ABŞ-ın bütün hərbi texnikası və şəxsi heyəti Ermənistanı tərk edib”, – ABŞ-ın İrəvandakı səfirliyindən bildiriblər.
//Samir Qurbanov, Editor.az