Dörd ekipaj üzvü olan Amerika hərbi təyyarəsi NATO təlimləri zamanı Norveçdə qəzaya uğrayıb.
Bununla bağlı Editor.az Qolos Amerika”ya istinadən məlumat verir.
Norveç Regional fövqəladə hallar xidmətinin (HRS) yaydığı həmin məlumatda deyilir ki, ABŞ-ın Osprey təyyarəsi pis hava şəraiti səbəbindən Norveçin şimalındakı Bodo şəhərindən cənubda saat 18:26-da (1726 GMT) itkin düşüb.
Təyyarənin ekipajı NATO-nun “Soyuq cavab” adlı hərbi təlimlərində iştirak edib. Təlimlərdə NATO ölkələrindən və alyans tərəfdaşlarından 30 min nəfər iştirak edir.
Hadisə yerinə xilasedicilər və polis göndərilib.
Qeyd edək ki, hərbi təlimlər Moskvanın Ukraynaya müdaxiləsi ilə bağlı Rusiya ilə NATO arasında yüksək gərginlik fonunda keçirilir.
Editor.az

