Göyərtəsində səkkiz ekipaj üzvü olan Amerika hərbi təyyarəi “Osprey” Yaponiya sahillərində qəzaya uğrayıb.
Editor.az bildirir ki, bu barədə AFP Yaponiya Sahil Mühafizəsinə istinadən məlumat yayıb. Qurumun sözçüsü bu gün saat 14:47-də USS Osprey-in Yakuşima adasında qəzaya uğraması barədə məlumat aldığını deyib. Qəzaya uğrayan tiltrotorun göyərtəsində səkkiz ekipaj üzvü olub.
Təyyarənin düşdüyü Yakusima adası Yaponiyanın Kyuşu adasının cənubunda yerləşir. NHK-nın məlumatına görə, “Osprey” ABŞ-ın Yamaquçi bölgəsindəki İvakuni bazasından Okinavadakı Kadena bazasına doğru uçub. Təyyarə Amerikanın Tokiodakı Yokota aviabazasına məxsus olub.
//Samir Qurbanov, Editor.az

