ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff “Fox News” telekanalına müsahibəsində deyib ki, şənbə günü, aprelin 19-da Omanın paytaxtı Maskatda ABŞ və İran arasında baş tutacaq dolayı danışıqların əsas mövzuları Tehranın uranın zənginləşdirilməsi səviyyəsini silah dərəcəsinə qədər məhdudlaşdırması, eləcə də İran silahlarına nəzarət olacaq.
“İranlılarla danışıqlar iki əsas məqam üzərində cəmləşəcək: birincisi, uranın zənginləşdirilməsi. Sonra onların topladığı silahları, o cümlədən raketləri yoxlamaq üçün mexanizmlərin tətbiqi” – Stiven Vitkoff deyib.
Tərəflər bir neçə ildən bəri mövcud olmayan ciddi yoxlama mexanizmi barədə razılığa gələ bilsələr, danışıqları uğurlu hesab etmək olar. Əks halda ABŞ heç kimə fayda verməyəcək alternativlər axtaracaq, Vitkoff əlavə edib.
//Samir Qurbanov, Editor.az