Amerika İrandan nə xahiş edib?backend

Amerika İrandan nə xahiş edib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Dövlət Departamentinin rəhbəri Qətərin vasitəçiliyi ilə Tehrandan HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İsrailə qarşı hücumlardan əl çəkməyi xahiş edib.

“Blinken Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə söhbəti zamanı ondan bu mesajı İran tərəfinə və Livanın “Hizbullah” hərəkatına çatdırmasını istəyib”.

Bundan əvvəl bildirilmişdi ki, İran Haniyənin öldürülməsi ilə bağlı İsrailə sərt cavab vəd edib. Xüsusilə də onunla vida mərasimi “İsrail və ABŞ-ın ölümü” tələbi ilə şüarlar altında keçirilib.

//Samir Qurbanov, Editor.az