Amerika kəşfiyyatı: Putin Ukraynanın böyük bir hissəsini işğal etmək fikrindən dönməyibbackend

Amerika kəşfiyyatı: Putin Ukraynanın böyük bir hissəsini işğal etmək fikrindən dönməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Ukrayna ərazisinin böyük hissəsini ələ keçirməkdən hələ də vaz keçməyib.

Editor.az xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatın direktoru Avril Haynes keçirdiyi konfransda deyib. “Biz Putinə baxdıqda yenə də bu mövqedəyik ki, o, əvvəlki kimi yenə də eyni siyasi məqsədləri güdür. Yəni o, hələ də Ukraynanın böyük hissəsini ələ keçirməyə çalışır”, – o deyib. ABŞ kəşfiyyat direktoru əlavə edib ki, “vəziyyət olduqca qaranlıq olaraq qalır”.

Amerika kəşfiyyat xidmətləri qarşıdurmanın ən çox ehtimal olunan ssenarisini ağır münaqişə hesab edir, hansı ki, bu zaman rus işğalçıları yalnız nisbi uğurlar əldə edəcək, “Putinin məqsədlərinə doğru hər hansı sıçrayış” olmayacaq.

  Editor.az