Amerika mətbuatı: ABŞ Türkiyədən Rusiya və HƏMAS-a qarşı sanksiyalara əməl etməsini istəyəcəkbackend

Amerika mətbuatı: ABŞ Türkiyədən Rusiya və HƏMAS-a qarşı sanksiyalara əməl etməsini istəyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Maliyyə Nazirliyi Ankaradan Rusiya və HƏMAS-a qarşı sanksiyalara əməl etməsini istəyəcək.

Editor.az bu barədə ABŞ Maliyyə Nazirliyinin rəsmisi Nelsonun gələn həftə Türkiyəyə planlaşdırılan səfərini müzakirə edən Bloomberg-ə istinadla xəbər verir.

ABŞ mərkəzli iqtisadiyyat yönümlü xəbər saytı Bloomberg ABŞ Maliyyə Nazirinin Terror və Maliyyə Kəşfiyyatı üzrə müşaviri Brian Nelsonun gələn həftə Türkiyəyə səfərini qiymətləndirərək, sanksiyalarla bağlı ən yüksək rütbəli məmur Nelsonun Rusiya əleyhdarı şərtlərə əməl olunmasını tələb edəcəyini yazıb.  Nelson Ankaradan bir sıra Rusiya qurumlarına və Həmas-ın maliyyə fəaliyyətlərinə qarşı ABŞ-ın birtərəfli sanksiyalarına əməl etməyi xahiş edəcək. Məqalədə həmçinin Vaşinqtonun Türkiyədə bu sanksiyalara əməl edilməməsi səbəbindən bəzi türk şirkətlərinə mümkün sanksiyalar barədə daha əvvəl xəbərdarlıq etdiyi və bu sanksiyalar bu şirkətlərin Qərb maliyyə sistemi ilə əlaqələrinə təsir edə biləcəyi vurğulanıb. Xəbərə görə, mənbələr ABŞ-ın Ankaranın Rusiya gəmiləri və Türkiyədə xidmətini davam etdirən hava yollarına qarşı Amerika sanksiyalarında iştirakdan imtina etməsindən narahat olduğunu bildirib.

Rusiya dəfələrlə bəyan edib ki, ölkə bir neçə il əvvəl Qərbin Moskvaya qarşı tətbiq etməyə başladığı və getdikcə artırdığı sanksiyaların təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiyaya qarşı sanksiyaların uğursuzluğunu qəbul etməyə cəsarəti çatmayıb. Qərb ölkələrində antiRusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib.

//Gülnarə Abasova, Editor.az