Amerika Nikolas Maduronun təyyarəsini ələ keçirib Floridaya apardıbackend

Amerika Nikolas Maduronun təyyarəsini ələ keçirib Floridaya apardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Venesuela prezidenti Nikolas Maduronun təyyarəsini ələ keçirib və onu Floridaya göndərib.

Editor.az CNN-ə istinadən xəbər verir ki, Vaşinqton hesab edir ki, təyyarə Amerika sanksiyalarından yayınaraq alınıb. “Təyyarə ələ keçirilib və Dominikan Respublikasından Floridaya gətirilib”, – CNN bildirib.

Venesuela Hərbi Hava Qüvvələrinin bir nömrəsi son bir neçə ay ərzində Dominikan Respublikasında olub. Təyyarənin qiyməti 13 milyon dollardır.
Xatırladaq ki, Aİ xarici işlər nazirləri Brüsseldə keçirilən qeyri-rəsmi görüşdə Nikolas Maduronu Venesuelanın demokratik yolla seçilmiş prezidenti kimi tanımayacaqları barədə razılığa gəliblər.

//Samir Qurbanov, Editor.az