Amerikalı sahibkar Elon Mask bildirib ki, əgər hakimiyyət dövlət borcunun artımını dayandıra bilməsə, ABŞ hətta əsas xidmətlər üçün də maliyyə çatışmazlığı yaşaya bilər.
“Dövlət borcunun eksponensial artımının öhdəsindən gəlməsək, heç bir şeyə, o cümlədən əsas xidmətlərə pul olmayacaq!”
Konqresin Büdcə Ofisi 2034-cü ilə qədər dövlət borcunun 50,7 trilyon dollara yüksələcəyini proqnozlaşdırır. Bu rəqəm ABŞ ÜDM-nin 122%-nə bərabərdir. Noyabrın 24-də ABŞ-ın dövlət borcu ilk dəfə 36 trilyon dolları keçib. Noyabrın əvvəlində Donald Tramp ABŞ prezidentliyinə namizəd kimi zarafatla demişdi ki, seçiləcəyi təqdirdə milli borcun bitkoinlərlə ödənilməsinə göstəriş verəcək.
Respublikaçıların seçkilərdəki qələbəsindən sonra məlum olub ki, yeni administrasiyada İlon Mask dövlət idarəçiliyinin səmərəliliyi departamentinin rəhbərlərindən biri olacaq.
//Samir Qurbanov Editor.az